AB Macarıstanı səsvermə hüququndan məhrum edəcək

AB Macarıstanı səsvermə hüququndan məhrum edəcək

Avropa Birliyinə üzv dövlətlər Ukraynaya maliyyə vəsaitinin ayrılması ilə bağlı saziş bağlamaq üçün Macarıstanı səsvermə hüququndan məhrum etməyi düşünür.

AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“AB 2007-ci ildə Birlik haqqında müqavilənin 7-ci maddəsinə müraciət edə bilər. Bu da ölkəyə Avropa hüququnu pozduğuna görə səsvermədən məhrum edilməsinə imkan verir. Bu proses istənilən digər AB üzvü tərəfindən əngəllənə bilər, lakin Polşada keçirilən son seçkidən sonra AB-də Macarıstanın zəmanətli müdafiəçisi qalmayıb”, – məlumatda deyilir.

Teqlər: