Əli Əsədov Qaribaşvilini təbrik etdi

Əli Əsədov Qaribaşvilini təbrik etdi

İyunun 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən AzerTimes-a verilən məlumata görə, baş nazir Ə.Əsədov doğum günü münasibətilə İ.Qaribaşvilini təbrik edib, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Teqlər: