Əli Əsədov Finlandiya və Litvanın statistika qurumlarının rəhbərləri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 11-də
Finlandiya Respublikası Statistika İdarəsinin Baş direktoru Markus
Sovala və Litva Respublikası Statistika Departamentinin Baş
direktoru Yurate Petrauskiene ilə görüşüb.

Nazirlər Kabinetindən AzerTimes-a bildirilib ki, görüşdə
Azərbaycanda statistika sahəsində islahatların aparıldığı, milli
statistika sisteminin ölkədə və beynəlxalq aləmdə cərəyan edən
sosial-iqtisadi proseslərə və müasir çağırışlara uyğun
təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata
keçirildiyi vurğulandı.

Bakıda keçirilən “Biznes statistikası sahəsində məlumatların
toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini
gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” tvinninq
layihəsinin yekunlarına həsr olunmuş konfransın əhəmiyyəti
vurğulandı.

Layihə çərçivəsində ölkəmizdə biznes statistikası sahəsinin
müxtəlif istiqamətlərinin təkmilləşdirilməsi, o cümlədən kiçik və
orta biznes üzrə statistik məlumatlarla işləyən yerli
mütəxəssislərin potensialının artırılması ilə bağlı müzakirələr
aparıldı.

Teqlər: