Azərbaycanın Baş naziri Əli Əsədov mayın 23-də Estoniya
Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.
Bu barədə AzerTimes-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan-Estoniya münasibətlərinin müxtəlif
istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.
İki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu,
nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə
əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.