“Allergik xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda beynalxalq elmi seminar keçirilib (FOTO)

23 may 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris
Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə
“Allergik xəstəliklərin diaqnostikası və müalicəsinə müasir
yanaşmalar” mövzusunda beynalxalq elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar
Mirqasım Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin
Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının
birgə təşkilatçılığı ilə keçirilən müxtəlif beynalxalq elmi və
tibbi tədbirlər barədə danışıb.

Şahlar Mirqasım deyib: “Mərkəzi Gömrük Hospitalı pandemiya
dövründə 22 ay ərzində yalnız COVID-19 xəstələrinin müalicəsi ilə
məşğul olsa da, eyni zamanda COVID-19 infeksiyasının müalicəsinə
həsr edilmiş müxtəlif onlayn konfranslar və vebinarlar təşkil
etmiş, tibbin müxtəlif sahələrinə, o cümlədən transplantologiya,
pediatriya və ginekologiya sahələrində COVİD-19 xəstəliyinin
müalicəsində olan aktual məsələlər müzakirə edilmişdir. Tədbirin
mövzusunun əhəmiyyətini qeyd edən Ş.Mirqasım çıxışının sonunda
seminarın işinə uğurlar arzulayıb, dinləyiciləri müzakirələrdə,
sual-cavab sessiyalarında fəal iştirak etməyə dəvət edib.

Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımovanın
moderatorluğu ilə keçirilən beynəlxalq elmi seminarda Azərbaycan,
Qazaxıstan və Rusiyadan olan ekspertlərin 4 məruzəsi teqdim
olunub:

Nursultan şəhəri, Astana Tibb Universitetinin allerqologiya,
hematologiya və endokrinologiya üzrə uşaq xəstəlikləri kafedrasının
assistenti Oksana Usenova “Allergiyanın müasir diaqnostikası:
skrininqdən molekulyar səviyyəyə qədər” mövzusunda, Rusiyanın
Moskva şəhərindən Uşaq Allerqoloqları və İmmunoloqları
Assosiasiyanın vitse-prezidenti, Diplomdan sonrakı Təhsil
Akademiyasının Kliniki immunologiya və allerqologiya kafedrasının
professoru Yuri Smolkin “Klinik praktikada molekulyar
allerqodiaqnostikanın üstünlükləri” mövzusunda, Azərbaycan
Respublikasının əməkdar həkimi, “Makrobioz” Klinikasının baş
direktoru Faizə Əliyeva “Allergik xəstəliklərin profilaktikasına
inteqrasiya yanaşmaları” və “Makrobioz” Klinikasının
həkim-diyetoloqu Emil Qidayətli “Allergik hallarda iltihab əleyhinə
pəhrizin effektivliyi” mövzusunda çıxış ediblər.

Təqdimatlarda allergik xəstəliklərin dəqiq diaqnostikasının
müasir üsulları, düzgün terapevtik müdaxilələrin, seçilməsi, o
cümlədən pəhriz saxlanılan zaman qida
məhdudiyyətlərinin seçilməsinə yanaşmalar barədə ətrfalı
məlumat verilib. .

Hibrid formatında keçirilən tədbir, Mərkəzi Gömrük Hospitalının
tibb personalının iştirakı ilə yanaşı, eyni zamanda onlayn şəkildə
ZOOM platforması üzərindən həyata keçirilib.

Teqlər: