Əleyhimə danışan deputatlar gəlib üzr istədilər – Deputat

Əleyhimə danışan deputatlar gəlib üzr istədilər – Deputat

Deputat Vahid Əhmədov vaxtilə verdiyi qalmaqallı açıqlamasına görə həmkarları tərəfindən “linç edilməsi”ndən danışıb.

AzerTimes xəbər verir ki, o, Bakupost.az-a açıqlamasında bir vaxtlar onun əleyhinə danışan deputatların sonra ondan üzr istədiklərini bildirib.

“Talehim elə gətirib ki, belə şeylər çox görmüşəm. Bu da onlardan biri idi. Əlbəttə, olmamalı idi. Çünki kifayət qədər dövlətimə, millətimə bağlı adamam. Həmin müsahibədə ciddi, mənfi bir şey yox idi. Müəyyən mənada o müsahibə kimlərinsə xoşuna gəlmədi və s. Millət vəkilləri öz mövqelərini bildirdilər. Mən hər bir mövqeyə hörmətlə yanaşan insanam. Münasibətlərimiz normaldır, elə də ciddi problemimiz yoxdur. Görüşürük, salamlaşırıq. Salam verəndə salam alıram, verməyəndə almıram. Oldu keçdi, artıq yaddan çıxartmışam. Gəlib, məndən üzr istəyənlər də oldu. Zaman hər şeyi öz yerinə qoyur”, – deyə o, əlavə edib.

Xatırladaq ki, ötən ilin aprel ayında deputat Vahid Əhmədovun bloger Mehman Hüseynova müsahibəsi ciddi tənqidlərə səbəb olmuşdu.

MM-in plenar iclasında həmin müsahibə ciddi şəkildə müzakirə olunmuş, bir neçə millət vəkili, o cümlədən vitse-spiker Fəzail İbrahimli V.Əhmədovun ünvanına sərt sözlər demişdilər.

Teqlər: