Ələtdə yaşayış binasının dam örtüyündə yaranmış təhlükə aradan qaldırılıb (VİDEO)

Əsən güclü küləyin yaratdığı təhlükəli halların aradan
qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən
zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

FHN-dən AzerTimes-a bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt
qəsəbəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə beton
parçalarının qoparaq asılı vəziyyətdə qalması və hər an ətrafdakı
insanlar üçün təhlükə yaratması barədə Nazirliyin “112” qaynar
telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal
əraziyə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin
xilasediciləri cəlb edilib.

Xilasedicilər binanın damında asılı vəziyyətdə qalmış beton
parçalarını operativ olaraq götürərək təhlükəni aradan
qaldırıblar.

Teqlər: