Elektron sənədləşmə ilə bağlı vahid sistem yaradılır – Samir Şərifov

Xəbər - Elçin Mehdiyev – Trend:

Elektron sənədləşmə ilə bağlı vahid sistem yaradılır. Bütün dövlət qurumlarının həmin sistemə çıxışı olacaq.

AzerTimes-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Bu baxımdan dövlət qurumlarının əlavə vəsait xərcləməsinə ehtiyac qalmır”, – nazir vurğulayıb.


Qeyd edək ki, ombudsman Səbinə Əliyeva müzakirələr zamanı proqram təminatı və digər məsələlərin həlli ilə bağlı Ombudsman Aparatına əlavə vəsaitin ayrılmasını istəmişdi.

Teqlər: