Rusiya ilə Tacikistan arasında münasibətlər uğurla inkişaf edir, həlli mümkün olmayan heç bir problem yoxdur.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin tacikistanlı həmkarı İmaməli Rəhmanla görüşündə deyib.
“Münasibətlər çox uğurla inkişaf edir. Mən elə bir problem bilmirəm ki, biz onu xüsusilə görüşlərimizdən sonra həll etməyək. Biz bütün istiqamətlərdə hərəkət edəcəyik.
Qismən bizim şəxsi münasibətlərimiz sayəsində hesab edirəm ki, bu da belə ciddi amildir, biz irəliləyirik və əminəm ki, yaxşı templə irəliləyəcəyik”, – Putin qeyd edib.