Bu ölkədə avtomobil dərəyə aşdı: 15 ölü

Bu ölkədə avtomobil dərəyə aşdı: 15 ölü

Filippinin Neqros Orinetal vilayətində fermer təsərrüfatının işçilərini daşıyan yük avtomobili dərəyə aşıb.

AzerTimes xəbər verir ki, hadisə bu gün Mabinay qəsəbəsi ərazisində günorta saatlarında baş verib.

Polisin məlumatına əsasən sürücünün idarəetməni itirməsi nəticəsində yük avtomobili aşaraq, təxminən 50 metr dərinlikdəki dərəyə düşüb.

Qəza nəticəsində 15 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Teqlər: