Əlcəzair İspaniyaya qaz tədarükü ilə bağlı müqaviləyə xitam verə bilər

İspaniya öz öhdəliklərini pozarsa və Əlcəzairdən alınan qazın
üçüncü ölkələrə tədarükünə başlayarsa, Əlcəzair təbii qazın
tədarükü ilə bağlı müqaviləyə xitam verə bilər.

Trend xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyindən
bildiriblər.

Əlcəzairin energetika naziri Məhəmməd Arkab ispaniyalı həmkarı
Teresa Riberadan “Mağrib-Avropa (MEG) qaz kəməri ilə qazın üçüncü
ölkələrə tədarükünə başlamaq qərarı” ilə bağlı mesaj alıb.

“İspaniyaya ixrac edilən, lakin müqavilədə göstərilən tərəfə
yönəldilməmiş istənilən miqdarda Əlcəzair qazının tədarükü müqavilə
öhdəliklərinin pozulması hesab olunacaq və Əlcəzairin “Sonatrach”
şirkəti ilə İspaniyalı müştərilər arasında müqaviləyə xitam
verilməsinə səbəb ola bilər”, – deyə Nazirlikdən bildirilib.