Əlcəzair BRİKS-ə qoşulmaq istəyir

Əlcəzair BRİKS-ə qoşulmaq istəyir

Əlcəzair hökuməti BRİKS qrupuna üzvlüklə bağlı rəsmi müraciət ünvanlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Zarruki deyib.

O, ölkəsinin üzv olmaq məqsədilə lazımi sənədləri təqdim etdiyini bildirib.

L.Zarruki məsələ ilə bağlı təfərrüatlı məlumat verməyib.

Qeyd edək ki, BRİKS beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası kimi ölkələr qrupun üzvləridir.

Teqlər: