ABŞ-da partlayış: əhali təxliyə edilir

ABŞ-da partlayış: əhali təxliyə edilir

ABŞ-ın Corciya ştatındakı kimyəvi zavodda silsilə partlayışlar və güclü yanğın baş verib.

AzerTimes xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Məlumata görə, yanğın səbəbindən dövlət zavod və ətrafdakı icmaları evakuasiya etməyə məcbur olub. Üç yaşayış məntəqəsi də boşaldılıb.

Hazırda yanğın lokallaşdırılıb, lakin xilasetmə xidmətləri küləyin istiqamətinin dəyişməsindən narahatdır.

Teqlər: