Elbrus dağında çətin vəziyyətdə qalan alpinistlərdən biri ölüb

Xilasedicilər Elbrus dağına (Rusiyanın Kabarda-Balkar Respublikası) qalxan dörd alpinisti tapıblar. Onlardan biri ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

İlkin məlumata görə, qrup üzvlərindən biri ayağından zədə alıb.


Bildirilib ki, axtarış -xilasetmə işlərinə 20-dən çox xilasedici və yeddi texnika cəlb edilib.

Qeyd edək ki, hava şəraitinin pisləşməsi səbəbindən Elbrus dağının 5400 metr yüksəkliyinə çıxan 19 nəfərdən ibarət alpinist qrupu xilasedicilərdən kömək istəyib.