Əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı artırılıb

Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və
xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan
publik hüquqi şəxslərin siyahısı artırılıb.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə
“Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin
göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik
hüquqi şəxslərin siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, dövlət büdcəsindən ayrılmış vəsait hesabına
işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən
azad olunan publik hüquqi şəxslərin siyahısına aşağıdakılar da
əlavə edilib:

– Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyi

– Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından
İstifadə Agentliyi.

Teqlər: