Əlahiddə Ümumqoşun Ordunun mühəndis bölmələrində praktiki məşğələlər keçirilir (VİDEO)

Əlahiddə Ümumqoşun Ordunun mühəndis bölmələrində praktiki
məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, praktiki məşğələlərə cəlb olunan mühəndis
bölmələri səhra təlim mərkəzlərinə çıxarılıb.

Şəxsi heyətin silahlanmaya qəbul edilmiş müasir mühəndis
texnikası və avadanlıqlarından effektiv istifadəsi üzrə
bacarıqlarının təkmilləşdirildiyi məşğələlər 44 günlük Vətən
müharibəsində qazanılmış təcrübəyə əsasən keçirilir.

Məşğələlər zamanı silahlanmada mövcud olan müasir mina əleyhinə
qoruyucu istehkam kostyumları və minaaxtaranlar, ön xəttin
qarşısında qurulacaq partlamayan piyada və tank əleyhinə mühəndis
maneələrinin nümunələri, döyüş və avtomobil texnikalarının
səngərləri və daldalanacaqları nümayiş etdirilib. Şəxsi heyətə
“Pomnis-2” mina sahalərindən keçidaçma qurğusunun taktiki-texniki
xüsusiyyətləri və iş prinsipi, mühəndis-müşahidə postlarından
düşmənin mühəndis kəşfiyyatının aparılması qaydaları
çatdırılıb.

Məşğələlərdə mühəndis yol bölmələri tərəfindən təbii və süni
maneələrdən texnikaların keçidi təmin edilib, şəxsi heyət
partlayıcı qurğu və vasitələrdən istifadə qaydaları üzrə praktiki
məşq etdirilib.

Əlahiddə Ümumqoşun Orduda şəxsi heyətin döyüş hazırlığının
artılıması məqsədilə keçirilən məşğələlər davam edir.

Teqlər: