“Əl-İttihad” İranda meydana çıxmaqdan imtina etdi

“Əl-İttihad” İranda meydana çıxmaqdan imtina etdi

Səudiyyə Ərəbistanının futbol komandası “Əl-İttihad” İranda “Sepahan”la matça çıxmaqdan imtina edib.

AzerTimes xəbər verir ki, bu səbəbdən Asiya Çempionlar Liqasının C qrupunun 2-ci turunun qarşılaşması ləğv edilib. Belə ki, Səudiyyə Ərəbistanı təmsilçisi iranlı general Qasım Süleymaninin heykəlinə görə meydana daxil olmaqdan imtina ediblər.

“Əl-İttihad” meydanın kənarında, hakim skamyasının arxasında qoyulmuş heykələ görə oyuna başlamaqdan imtina edib. Bu büst 2020-ci ildə İraqda pilotsuz təyyarənin hücumu zamanı ölən iranlı general Qasım Süleymanini təmsil edir.

Səudiyyə mediasına görə, “Əl-İttihad” “futbolla heç bir əlaqəsi olmayan siyasi elementlərin olması səbəbindən meydana çıxmayıb.

Teqlər: