“Əl-Cəzirə”nin Qüdsdəki ofisinə basqın edildi

“Əl-Cəzirə”nin Qüdsdəki ofisinə basqın edildi

İsrail polisi və Rabitə Nazirliyinin müfəttişləri “Əl-Cəzirə” telekanalının Yerusəlimdəki ofisinə basqın edib və avadanlıqları müsadirə ediblər.

AzerTimes xəbər verir ki, bu barədə İsrailin rabitə naziri Şlomo Kari məlumat verib.

Məlumata görə, İsrail hökuməti kanalı bu ölkədə bağlamaq qərarına gəlib.

İsrail jurnalistlərin ölkənin təhlükəsizliyinə zərər verdiyini və Müdafiə Qüvvələrinin əsgərlərinə qarşı təhrik etdiklərini bildirib.

Teqlər: