Ekvadorda həbsxanada baş vermiş toqquşmalarda ölənlərin sayı 20-ə çatıb

Ekvador hökuməti həftə sonu şiddətli qarşıdurmada 20 nəfərin
öldürüldüyü Kuenka şəhərində həbsxanaya nəzarəti bərpa edib.

Trend xəbər verir ki, El Turi həbsxanasındakı insident xüsusi
təhlükəsizlik kamerası blokunda baş verib və eyni dəstə üzvləri
arasında qruplaşmanın qanadı üzərində nəzarət üstündə meydana
gəlib.

Məlumata görə, ölənlərdən altısı həbsxana kameralarənda asılmış
vəziyyətdə aşkar edilib.

Həbsxanaya nəzarəti bərpa etmək üçün təhlükəsizlik qüvvələrinin
1000-ə yaxın əməkdaşı cılb olunub. Dəstə üzvləri arasında gələcək
mübahisələr ehtimalını azaltmaq üçün onlar müəssisə daxilində
müxtəlif bloklara köçürüləcək.

Ötən il Ekbador həbsxanalarında baş vermiş toqquşmalarda 316
öldürülmüşdür.