Ekvador polisi ölkənin şimalında 1 ton marixuana ələ keçirib

Ekvador hüquq-mühafizə orqanları ölkənin Esmeraldas şəhərində narkotik qaçaqmalçılığına qarşı mübarizə üzrə xüsusi əməliyyat zamanı 1 ton marixuana ələ keçirib.

AzerTimes-ın məlumatına görə, bu barədə Cənubi Amerika respublikasının polisi öz “Twitter” səhifəsində bildirib.


Məlumatda qeyd olunub: “Esmeraldas şəhərindəki əməliyyatlar zamanı iki nəfəri saxlayaraq 1 ton marixuananı ələ keçirdik. Saxlanılan şəxslər narkotiklərin toplanması və satışı ilə məşğul olublar”.