Rusiya hərbi bölmələri sursatla bağlı problemlər yaşamağa başlayıblar.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenko deyib.
Ekspert deyib ki, Rusiya ordusunun atıcı və reaktiv tipli sursatları azalır.
Kovalenkonun sözlərinə görə, yaxın 2-3 ay ərzində Rusiya ordusu ehtiyac duyduğu bütün döyüş sursatları ilə təmin olunacaq, lakin payızın sonu, qışın əvvəlində sursatla bağlı vəziyyət qıtlıqdan kəskin kritik həddə keçəcək.