Əksər şirkətlər lazımi kibermüdafiəni təmin edə bilməməkdən ehtiyat edərək yeni layihələrdən imtina edirlər – Kaspersky

Kaspersky-nin apardığı sorğuya* görə, şirkətlərin 53%-i mümkün
kiberrisklər, həmçinin onların qarşısını almaq haqqında məlumat və
anlayış çatışmazlığı ucbatından yeni layihələrin işə salınmasında
çətinliklərlə üzləşiblər. Əksər hallarda müdafənin təşkilinin
mümkün üsulları barədə məlumatsızlıq yeni İT həllərinin tətbiqindən
(40%), planlaşdırılan biznes layihələrinin başladılmasından (38%)
və korporativ siyasətdə dəyişikliklərdən (39%) imtinaya səbəb
olub.

Həmçinin, hər dörd şirkətdən üçü (74%) aralarında mövcud
cihazlarla uyğunsuzluq (34%), texniki xidmət çətinliyi (34%),
məhsuldarlıq problemlərinin də (35%) olduğu müxtəlif səbəblərdən
dolayı uyğun müdafiə həllini tapa bilməyib. Bu cür çətinliklərin
daha çox ixtisaslaşmış proqram təminatları, məsələn, sənaye və
əşyaların internetində istifadə olunan proqramlara xas olduğu
meydana çıxıb.

Biznesin inkişafı və ya transformasiyası zamanı kibetəhdidlərə
qarşı müdafiəni genişləndirmək də vacibdir. Eyni zamanda, Accenture
konsaltinq şirkətinin
sorğusuna
görə, şirkətlərin təxminən 80%-i innovasiyaları
onların müdafiəsi üçün həllərdən daha tez tətbiq edirlər. Törəmə
şirkətlərin meydana çıxması, yeni məhsulların hazırlanması,
rəqəmsallaşma, uzaqdan işə keçid korporativ şəbəkələrin
kibertəhlükəsizlik baxımından yenidən təşkilini tələb edir. Daha
çox əlavə müdafiə alətlərinin tətbiqi, lisenziyaların sayının
artırılması və korporativ təhlükəsizlik siyasətinin
dəyişdirilməsinin vacibliyi ön plana çıxır.

“Kibertərhlükəsizlik, xüsusilə sənaye, nəqliyyat, əşyaların
interneti kimi sahələrdə biznesin davamlı inkişafının təminatıdır.
Buna görə də, istənilən yeni həllin tətbiqi zamanı şirkətlərə
riskləri qiymətləndirmək və adekvat müdafiə tədbirləri müəyyən
etməyi tövsiyə edirik. Özünü təhdidlərdən maksimum şəkildə qorumaq
üçün, kiberimmunitetə malik sistemlərə etibar etməyi məsləhət
görürük, çünki onlar hətta inkişaf mərhələsində belə rəqəmsal
hücumlara qarşı təməl müqavimət imkanına sahibdirlər”, – deyə
Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov
bildirib.

Kibermüdafiənin mövcud səviyyəsini saxlamaq üçün Kaspersky
şirkətlərə aşağıdakı tədbirləri görməyi tövsiyə edir:

  • İş cihazlarının müdafiəsi, təhdidlərin aşkarlanması və onlara
    cavab verilməsi üzrə həllər əsasında infrastrukturun hərtərəfli
    müdafiəsini təmin edin. XDR sinfindən olan müasir həllər, məsələn,

    Kaspersky Symphony XDR
    həlli bir-biri ilə tam
    sinxronlaşdırılmış məhsullar əsasında mürəkkəb təhdidlərə qarşı
    hərtərəfli müdafiə qurmağa, İT mütəxəssislərini kiberhücumlar
    haqqında dünya üzrə ən aktual xəbərlərlə təmin etməyə, o cümlədən,
    istənilən İT sualı haqqında bir pəncərə rejimində lazımi
    məlumatları əldə etməyə imkan verir.
  • Müdafiə həlli seçərkən AV-TEST, NSS Labs, SE Labs,
    AV-Comparatives və ICSA kimi müstəqil laboratoriyaların test
    nəticələrini, həmçinin, məsələn, Gartner Peer
    Insights
    kimi istifadəçi rəyləri reytinqlərini araşdırın.
  • Sənaye idarəetmə sistemləri (TP AİS) üçün zəifliklər bazasına
    malik təhdid analizi xidmətlərindən, məsələn, Kaspersky Threat
    Intelligence Portal
    —dan istifadə edin. Onlar zəifliklər
    haqqında məlumatları toplayır və əgər yamaqlar yoxdursa və ya
    həllin uyğunsuzluğu, yaxud hər hansı digər səbəblərdən dolayı
    onları quraşdırmaq mümkün deyilsə, həmin məlumatların nəticələrin
    aradan qaldırlması üçün dərhal istifadəsinə imkan verir.
  • Əşyaların interneti və ya avtomobil layihələrinin icrası zamanı
    təməldən təhlükəsiz (secure-by-design) olan sistemlərə diqqət
    yetirin. Məsələn, KasperskyOS əksər hücumları zərərsizləşdirən
    kiberimmunitet yönümlü yanaşma əsasında tətbiq edilir.

* “Biznesin informasiya təhlükəsizliyi” sorğusu Kaspersky
tərəfindən 2021-ci ilin may-iyun aylarında aparılıb. Sorğuda 31
ölkədən olan 50-dən çox əməkdaşa malik şirkətləri təmsil edən 4303
mütəxəssis iştirak edib.