Xəbər - Çingiz Səfərli – Trend:
Respublika və transsərhəd çaylarda sululuq səviyyəsi açıqlanıb.
Bu barədə AzerTimes-a ETSN-in Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, oktyabrın 30-da Kiçik Qafqazın ərazisindən axan Kürəkçay-Çaykənd məntəqəsində suyun səviyyəsi 7 sm, Gəncəçay-Zurnabadda 3 sm, Zəyəmçay-Ağbaşlar, o cümlədən Lənkəran-Astara bölgəsindən axan Viləşçay-Şıxlarda 2 sm artıb, Təngərüdçay-Vaqoda 9 sm, Lənkərançay-Sifidor məntəqəsində isə 2 sm azalma qeydə alınıb, Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 177 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 107 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 96,0 m3/s olmaqla, ongünlük normanın 58 %-ni təşkil edib.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 76,0 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 83 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 31,0 m3/s olmaqla, ongünlük normanın 34 %-ni təşkil edib. Hazırda sululuq keçən il ilə müqayisədə 47 % çoxdur.
Kür çayının aşağı axınında vəziyyət:
Kür-Surra məntəqəsində suyun səviyyəsi dəyişməyib və səviyyə 286 sm olub, su sərfi isə 61,0 m3/san (2020-ci ildə səviyyə 210 sm su sərfi isə 60,0 m3/san təşkil edib), Kür-Şirvanda suyun səviyyəsi 2 sm azalaraq 93 sm olub (2020-ci ildə səviyyə 61 sm təşkil edib), Kür-Bankədə suyun səviyyəsi 1 sm artaraq səviyyə 108 sm olub (2020-ci ildə 108 sm təşkil edib).
Araz-Novruzluda isə suyun səviyyəsi 3 sm artaraq və səviyyə 70 sm olub (2020-ci ildə səviyyə 61 sm təşkil edib).
Twitter: @cingizsafarli