Əkiz hərbçilər əkiz bacılarla evləndi – Video

Əkiz hərbçilər əkiz bacılarla evləndi – Video

Əməkdar artist Nigar Şabanova paylaşımı ilə diqqət çəkib.

AzerTimes Axşam.az-a istinadən xəbər verir ki, xanəndə Qazaxda hərbçi qardaşların toyuna qatılıb. O bildirib ki, zabitlər Qabil və Qalib eyni gündə ailə qurub.

Onlar əkiz bacılarla nikah masasına oturub.

Nigar əlavə edib ki, hərbçilərin toyunda təmənnasız iştirak edib.

“Qazaxda əkiz zabitlərin toyu. Allah bütün hərbçilərimizi qorusun. Hər birinizin toyunda təmənnasız iştirak etmək borcumuzdur. Sayənizdə başımız ucadır. Əkiz qardaşlar və bacılar Allah sizi əkiz övladla sevindirsin” – deyə Nigar paylaşımında qeyd edib.

Teqlər: