Əkbər Qoşalının yazıları türk ölkələrində nəşr olundu

Əkbər Qoşalının yazıları türk ölkələrində nəşr olundu

Azərbaycanlı yazar Əkbər Qoşalının Türk Dünyası Araşdırmaları Vəqfinin İstanbulda nəşr olunan məşhur “Tarix” (Türk dünyası, tarix, mədəniyyət) dərgisinin yeni sayında “Nə üçün Xocalı?” adlı (“Neden Hocalı?”) yazısı yayımlanıb.

AzerTimes xəbər verir ki, yazıda Xocalının timsalında Qarabağ (ümumən Azərbaycan) həqiqətlərindən söz açılıb.

Qardaş Qazaxıstanın ən tirajlı “Egemen Qazaxıstan” (“Egemen Qazaqstan”) qəzeti isə Əkbər Qoşalının “Birlik bizim ümumi dəyərimizdir” adlı yazısını yayınlayıb.

Yazıda türk dünyasını ortaq keçmişdən ortaq gələcəyə götürən mədəniyyət iqlimi, türk birliyinin alternativlərin ən yaxşısı olduğu vurğulanıb.

Teqlər: