Əjdər Ol 8 il 6 ay müddətinə həbs edildi

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Əjdər
Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

Trend-in məlumata görə, prosesdə
təqsirləndirilən şəxs son söz deyib.

Əjdər Cəbiyev məhkəmədən xahiş edib ki, şəxsiyyətini və nüfuzunu
nəzərə alaraq ədalətli qərar qəbul etsin.

Müşavirədən sonra məhkəmə hökmü elan edilib. Məhkəmənin hökmü
ilə Əjdər Cəbiyev 8 il 6 ay müddətinə həbs edilib.

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci
(Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci
(külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol
təxəllüsü ilə tanınan şair-publisistdir.

Teqlər: