Xəbər - Elçin Mehdiyev – Trend:
Milli Məclis “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiq edib.
AzerTimes-ın məlumatına görə, layihədə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilməsi təklif edilib.
Təklif səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Qeyd edək ki, 2021-ci il üzrə ehtiyac meyarı 170 manat təşkil edib.