Parlament 2022-ci il üçün yaşayış minimumunu ikinci oxunuşda təsdiqləyib

Xəbər - Elçin Mehdiyev – Trend:

“Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında ikinci oxunuşda qəbul edilib.

AzerTimes-ın məlumatına görə, layihədə 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsi təklif edilib.

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasının gündəliyinə ümumilikdə 21 məsələnin müzakirəsi daxil edilib.

Teqlər: