Əhmədovun gəlişi ilə Ukrayna zərbə endirdi: 100 hərbçi öldü

Əhmədovun gəlişi ilə Ukrayna zərbə endirdi: 100 hərbçi öldü

Ukrayna hərbçiləri Rusiyanın 20-ci Əlahiddə Ümumqoşun Ordusunun Luqansk vilayətinin Kremennoy rayonunda yerləşən diviziyasına ağır zərbə endirib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Ukrayna ordusu Rusiyanın 20-ci Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-mayor Suhrab Əhmədovun gəlişini gözlədiyi anda zərbə endirib. HIMARS-larla endirilən zərbələr nəticəsində 100-ə yaxın rus əsgəri həlak olub, 100-ə yaxını isə yaralanıb. Zərbə təkcə canlı qüvvəyə deyil, həm də zirehli texnikaya yönəlib”, – məlumatda deyilir.

Teqlər: