Əhmədian Qriqoryana “sərhəd dəyişikliyi”ndən danışdı

Əhmədian Qriqoryana “sərhəd dəyişikliyi”ndən danışdı

Bölgənin coğrafiyasında hər hansı dəyişiklik təhlükəsizliyə və qeyri-sabitliyə gətirib çıxarır və böhranı daha da gücləndirir.

AzerTimes xəbər verir ki, bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi general Əli Əkbər Əhmədian erməni həmkarı Armen Qriqoryanla görüşdə deyib.

General Əhmədian görüşdə Qafqaz regionunda baş verən son hadisələrə diqqət çəkib və regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün hər bir tərəfin səy göstərməsinin vacibliyini vurğulayıb.

Əhmədianın bu yaxınlarda başa çatan Ermənistan-ABŞ hərbi təlimləri və ABŞ hərbçilərinin Ermənistana buraxılmasının səbəbi barədə Qriqoryanla müzakirə aparıb-aparmadığı bilinmir. Halbuki İran qeyri-region ölkələrinin regiona müdaxiləsinə qarşı kəskin mövqe sərgilədiyini iddia edirdi.

Qeyd edək ki, A.Qriqoryan Tehranda səfərdədir.

Teqlər: