Əhməd Obalı Xoy üçün Prezidentə çağırış etdi

Əhməd Obalı Xoy üçün Prezidentə çağırış etdi

Xoyda 28-29 yanvar tarixlərində ardıcıl iki dağıdıcı zəlzələnin nəticələri həddən artıq ağırdır: 3 nəfər ölüb, 1200-ə yaxın soydaşımız yaralanıb, minlərlə insanın evi dağılıb.

Bu sözləri AzerTimes-a açıqlamasında Güney Azərbaycanın tanınmış ictimai xadimi, Günaz TV-nin rəhbəri Əhməd Obalı deyib.

O bildirib ki, İranın molla hakimiyyəti zəlzələdən zərər çəkənlərə heç bir yardım etmir:

“İnsanların yardım çağırışına İran mollakratiya rejimi polisin su şırnağı ilə cavab verir. Hazırda soydaşlarımız soyuq, şaxtalı havada, qarın içində gecələməyə məhkum edilib, ciddi ərzaq qıtlığı çəkirlər. Onların Şimali Azərbaycanın yardımına, qardaş dəstəyinə ehtiyacı var.

Azərbaycan Prezidenti İlham Əliyevdən xahiş edirəm ki, soydaşlarımıza humanitar yardım üçün göstəriş versin. Bu humanitar yardımın İranla Azərbaycanın münasibətlərinə heç bir aidiyyəti yoxdur. Bu, dar gündə, köməksiz qalan qardaşlarınıza əl uzatmaqdır”.

Qeyd edək ki, Xoy zəlzələsindən sonra minlərlə soydaşımız çadırsız, azuqəsiz qalıb və onlar ağır şəraitdə küçələrdə gecələyirlər. İran hakimiyyəti özü yardım etmir, Türk Qızıl Aypara Cəmiyyətinin yardım təklifini isə rədd edib.

Teqlər: