Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərində artım

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərində artım

Bu ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1 faiz artaraq 1724,9 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AzerTimes-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1310,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 76 faizini təşkil edib. Cari ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 170,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 30,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Teqlər: