Əhalinin evakuasiyasının birinci mərhələsi Sumıda başlayıb

Sumıda əhalinin təxliyəsinin birinci mərhələsi başlayıb.

AzerTimes-ın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna
prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko
Telegram-da bildirib.

“Yaşıl dəhliz yaradılıb, təxliyyənin birinci mərhələsinə
başlanılıb”, – o bildirib.


Timoşenko, həmçinin vətəndaşların getdiyi təxliyə karvanlarını
əks etdirən video yayımlayıb.