Qərbin hərbi yardımı sayəsində Ukraynanın situasiyaya nəzarətinin bərpasından sonra ABŞ-a səfərim mümkün oldu.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Mən həqiqətən də daha əvvəl gəlmək istəyirdim və cənab prezident (Co Bayden – red.) bu barədə bilir. Lakin gələ bilmirdim, çünki vəziyyət çox ağır idi. İndi isə mən gəlmişəmsə, deməli, bu onu göstərir ki, biz Qərbin dəstəyi sayəsində situasiyaya nəzarət edirik”, – deyə dövlət başçısı bildirib.