Əgər Lavrov ölkədən çıxa bilmirsə… – Kedmi

Əgər Lavrov ölkədən çıxa bilmirsə… – Kedmi

Rusiyanın öz Xarici İşlər Nazirliyinin rəhbərinə qarşı sanksiyalar tətbiq edən ölkələrlə diplomatik münasibətləri dayandırmaq hüququ var.

AzerTimes xəbər verir ki, bunu İsrailin ictimai xadimi Yakov Kedmi “Vladimir Solovyovla axşam” verilişinin efirində bildirib.

“Ölkənin birinci diplomatına qarşı sanksiyalar tətbiq olunarsa, diplomatik əlaqələri necə saxlamaq olar? Əgər o “persona non qrata”dırsa, deməli, diplomatik əlaqələr yoxdur”, – deyə Kedmi izah edib.

Onun fikrincə, ölkələr arasında dialoqların 90%-ni xüsusi xidmət orqanları – kəşfiyat aparır və diplomatlar bunda iştirak etmirlər.

“Və ölkələr həmişə bu şəkildə münasibətləri davam etdirə bilər”, – deyə ekspert 1962-ci ildəki Karib böhranının həllini misal gətirir.

Qeyd edək ki, Lavrovun Serbiyaya səfəri Monteneqro, Şimali Makedoniya və Bolqarıstanın rusiyalı nazirə hava məkanını bağlaması səbəbindən baş tutmayıb.

Teqlər: