Əgər İsrail İranı vursa… – ABŞ-dan “yaşıl işıq”

Əgər İsrail İranı vursa… – ABŞ-dan “yaşıl işıq”

İran nüvə silahı əldə etməyə cəhd edərsə, Vaşinqton İsrailin sərbəst hərəkət etmək hüququnu tanıyır.

AzerTimes xəbər verir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, ABŞ tərəfi İrana bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bəyan edib:

“ABŞ Prezidenti Co Bayden dəfələrlə xəbərdarlıq edib ki, o, İsrailin fəaliyyət azadlığını tanıyacaq”.

Sallivan eyni zamanda qeyd edib ki, ABŞ İranla nüvə proqramı ilə bağlı əlaqəni davam etdirəcək. O, həmçinin İranın Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasını da faciəvi səhv adlandırıb.

Qeyd edək ki, İsrailin müdafiə naziri İranın artıq 5 ədəd nüvə bombası hazırlamaq üçün ehtiyatlarının olduğunu açıqlayıb.

Teqlər: