Əgər İrəvan üzvlükdən çıxsa… – KTMT

Əgər İrəvan üzvlükdən çıxsa… – KTMT

Ermənistan hökumətinin KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaq seçimi ölkənin suveren seçimini əks etdirəcək.

AzerTimes xəbər verir ki, bunu KTMT Baş katibi İmanqali Tasmaqambetov “İzvestiya” nəşrinə müsahibəsində deyib.

“Üzv dövlətlər xarici oyunçularla qarşılıqlı əlaqədə çoxvektorlu siyasətə riayət edirlər ki, bu da onların suveren hüququ olaraq qalır. Müvafiq olaraq, KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaqla bağlı İrəvanın seçimi həm də bu müstəqil dövlətin suveren qərarı olacaq.

Katibliyin analitikləri qeyd edirlər ki, Ermənistan KTMT-dən çıxacağı təqdirdə Cənubi Qafqazda güc balansı dəyişə bilər, lakin bu halda təsirini proqnozlaşdırmaq və hesablamaq kifayət qədər çətin olan regional təhlükəsizlik faktorları işə düşəcək.

Hesab edirəm ki, Ermənistanla KTMT arasında fərziyyədən başqa bir şey olmayan qarşıdurma ehtimalı müzakirə edilərkən, tərəflərin resurs bazası və real imkanları nəzərə alınmalıdır. Ona görə də bu məsələ təhlil üçün bir tələbdir”, – Tasmaqambetov bildirib.

Teqlər: