Əgər dünya kubokunu qazanmasaydım… – Messi

Əgər dünya kubokunu qazanmasaydım… – Messi

Dünya kubokunu qazanmaq özümüz, ailələrimiz və bütün ölkə üçün bir möcüzə idi.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın “İnter Mayami” komandasının futbolçusu Lionel Messi bildirib.

“Əgər titul qazanmasaydıq, yəqin ki, mən milli komandanı tərk edərdim. Amma şadam ki, bunu bacardıq və Argentinaya daha bir qələbə qazandırdıq”, – Messi deyib.

Qeyd edək ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisi finalda Fransanı məğlub edərək (3:3, penaltilər-4:2) çempion olub.

Teqlər: