Əfv olunan məhkumları layiqli vətəndaş olmağa çağırıram – Ombudsman

Xəbər - Samir Əli – Trend:

Ombudsman tərəfindən 72 məhbusun əfv olunması ilə bağlı müraciət müsbət həllini tapıb. Cənab Prezidentin sərəncamı ilə onlar azadlığa buraxılıb.

AzerTimes-ın məlumatına görə, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib, Prezidentin imzaladığı əfv sərəmcamı ümumilikdə 625 məhkuma şamil edilib:

“Bu bizi, məhkumları, onların ailə üzvlərini, yaxınlarını çox sevindirir. Biz cənab Prezidentə göstərdiyi bu humanist siyasətə, insan hüquqlarına verdiyi dəyərə görə təşəkkürümüzü bildiririk. Əfv olunan məhkumları cənab Prezidentin bu humanist addımından nəticə çıxararaq, gələcəkdə dövlətimizə, xalqımıza, millətimizə layiqli vətəndaş olmağa çağırıram”,

Teqlər: