Əfsanəvi futbolçu dünyasını dəyişdi

Əfsanəvi futbolçu dünyasını dəyişdi

Futbol dünyasının əfsanəvi oyunçularından hesab edilən almaniyalı Frans Bekkenbauer 78 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya mətbuatında məlumat yayılıb.

Qeyd edək ki, Bekkenbauer Almaniya millisinin tərkibində 1974-cü ildə dünya çempionu və 1972-ci ildə Avropa çempionatının qalibi olub.

Bekkenbauer futbol tarixinin ən yaxşı müdafiəçilərindən biri hesab olunur. O, iki dəfə – 1974 və 1976-cı illərdə müdafiəçi kimi “Qızıl top”u qazanan yeganə oyunçudur.

Teqlər: