Əfqanıstanın üç əyalətində döyüşlər gedir

Xəbər - Orxan Nəbiyev – Trend:

Əfqanıstanın üç əyalətində “Taliban” hərəkatı ilə müqavimət gücləri arasında toqquşmalar davam edir.

Trend-in məlumatımna görə, münaqişə Pəncşir, Pərvan və Baqlan əyalətlərinin müxtəlif rayonlarında qeydə alınıb.

Qeyd olunur ki, döyüşlər ötən gecədən etibarən başlayıb. Hazırda həlak olanların sayı barədə məlumat verilməyib.


Xatırladaq ki, “Taliban” avqustun 15-dən etibarən paytaxt Kabil üzərində nəzarəti ələ keçirdiyini bildirib. Prezident Əşrəf Qani istefa verərək ölkəni tərk edib.