Əfqanıstandan təxliyə edilən türk hərbçiləri gətirən növbəti təyyarə Ankaraya enib

Xəbər - Çingiz Səfərli – Trend:

Əfqanıstandan təxliyə edilən türk hərbçilərini gətirən növbəti təyyarə yerli vaxtla saat 13:10-da Ankara Esenboğa Hava limanına enib.

AzerTimes xəbər verir ki, Türkiyə Hava Qüvvələrinə aid təyyarə ilə Kabildən pakistanın İslamabad şəhərinə gedən Türk Silahlı Qüvvələrinin şəxsi heyəti daha sonra Türk Hava Yollarına aid təyyarə ilə Ankaraya hərəkət ediblər.

Qeyd edək ki, türkiyəli sülhməramlıların təxliyəsi davam etdirilir və ilk təyyarə dünən Ankaraya enib.


Twitter:@cingizsafarli