Əfqanıstanın Paktika və Host əyalətlərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1500 nəfərə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı “Taliban” hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb.
Təbii fəlakətdən 2000-dən çox insan isə zərər çəkib.