ABŞ-da helikopter qəzaya uğradı: 6 ölü

ABŞ-da helikopter qəzaya uğradı: 6 ölü

ABŞ-da şəxsi “Bell UH-1B” helikopteri qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, qəza Qərbi Virciniya ştatının Loqan qraflığında baş verib.

Hadisə zamanı təyyarənin göyərtəsində olan 6 nəfərin hamısı həlak olub.

Bildirilir ki, helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb. Təcili yardım xidmətləri hadisə yerinə əraziyə cəlb edilib, magistral yol bağlanıb.

Qəzanın başvermə səbəbi isə hələlik bəlli deyil.

Teqlər: