Əfqanıstanda zəlzələ nəticəsində 26 nəfər ölüb

Əfqanıstanın şimal-şərqində zəlzələ nəticəsində həlak olanların sayı artıb.

AzerTimes-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin sayı 26 nəfərə çatıb.

Daha əvvəl 12 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, bu gün Əfqanıstanda 5,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Herat şəhərindən 154 kilometr şimal-şərqdə yerləşib.