Əfqanıstanda yaxın günlərdə yeni hökumət formalaşdırılacaq

Xəbər - Orxan Nəbiyev – Trend:

Əfqanıstanda yaxın günlərdə yeni hökumət formalaşdırılacaq.

Trend-in məlumatına görə, bunu “Taliban” hərəkatının mətbuat katibi Zabihulla Mücahid deyib.

O əlavə edib ki, hərəkatın Pəncşir əyaləti üzərində nəzarəti ələ keçirməsindən sonra ölkədə müharibə başa çatıb.

“Taliban” nümayəndəsinin sözlərinə görə, Kabil hava limanında beynəlxalq uçuşların bərpası gözlənilir. O qeyd edib ki, Türkiyə və Qətər hökumətləri hava limanında xidmətlərin bərpa olunması üçün öz köməklərini göstərib.