Xilasedicilər Əfqanıstanın Zabul vilayətində quyuya düşən oğlanı
çıxartmağa çalışırlar.
AzerTimes-ın məlumatına görə, bu barədə “BBC News” televiziya
kanalının saytında bildirilib.
Oğlan iki gündü ki oradadır. Fevralın 15-dən uşağın vəziyyətinin
pisləşdiyi bildirilib.
Yerli məmur bildirib ki, xilasedicilər uşağa çatmaq üçün tunel
qazırlar və onu çıxarmağa yaxındırlar.