Əfqanıstanda “Taliban”a qarşı partizan mübarizəsi başlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Əfqanıstanın şimalındakı Pəncşir əyalətində “Taliban” ilə Milli müqavimət cəbhəsi arasında döyüşlər qeydə alınıb.

Trend-in məlumatına görə, tərəflər arasında Zamanklur yaşayış məntəqəsi yaxınlığında iki saata yaxın toqquşma baş verib.

Döyüşlərin yekunları barədə hər hansı bir məlumat verilməyib.


Milli müqavimət cəbhəsi “Taliban”a qarşı partizan mübarizəsinin başladığını bildirib. Mübarizə Pəncşirlə yanaşı, Baqlan əyalətində də aparılır.