Əfqanıstanda partlayış olub, ölənlər var

Əfqanıstanın Herat şəhərində baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə yerli “Etilaat Roz” qəzeti mənbələrə istinadən bildirib.

İlkin məlumata görə, Heratın Hacı Abbas məhəlləsində sərnişin mikroavtobusu partladılıb.


“Taliban” hərəkatının regional nümayəndələri partlayışı təsdiqləyiblər.