Əfqanıstanda partlayış: 40 nəfər öldü

Əfqanıstanda partlayış: 40 nəfər öldü

Əfqanıstanın Qəndahar şəhərində “Kabil Bank”ın önündə partlayış olub.

AzerTimes xəbər verir ki, bu barədə Əfqanıstanın yerli media orqanları məlumat yayıb.

Səhər saatlarında baş verən partlayış nəticəsində 40-a yaxın adam ölüb, 20-dən çox adam yaralanıb.

Partlayış maaşlarını almaq üçün “Kabil Bank”a gedən Taliban qüvvələrinin toplaşdığı vaxtda baş verib.

Hələlik heç bir teror qruplaşması bu partlayışı öz üzərinə götürməyib.

Teqlər: